ŞƏKİDƏ ŞOK: Kəsdiyi ağac ölümünə səbəb oldu
Şəkidə 29 yaşlı şəxsin üzərinə ağac aşaraq ölüb. Hadisə rayonun Cumakənd kəndi ərazisində qeydə alınıb. Belə ki, Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev işlədiyi evin həyətində ağac kəsərkən üzərinə aşıb. Nəticədə o, aldığı xəsarətlərdən keçinib. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 139
Xəbəri paylaş
Paylaş: