Pakistan mediası Heydər Əliyevdən yazdı
Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədovun “Heydər Əliyev: Pakistan-Azərbaycan münasibətləri” sərlövhəli məqaləsi Pakistanın nüfuzlu media orqanlarında yayımlanıb. Pakistanın 4 mətbuat orqanında yayımlanan məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin inkişafındakı rolundan söz açılıb. Məqalədə Azərbaycanla-Pakistan arasında münasibətlərin qardaşlıq səviyyəsində olduğu bildirilib. Qeyd edilib ki, Ulu öndər Heydər Əliyev Pakistana böyük önəm verib və bu dövlətlə əlaqələrin inkişafı üçün önəmli addmlar atıb. Ümummilli liderin Pakistanla-Azərbaycan əlaqələrin qurulması və inkişafında mühüm rolu olub. Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü ili Heydər Əliyev İli elan edib.