Şəhid Eşqin dəfn olundu
Ötən gün erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilib. Globall.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. 2003-cü il təvəllüdlü şəhid Eşqin Hüseynovun nəşi doğulduğu Hunanılar kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar. *** Yaşadığı evdə keçirilən vida mərasimində döyüş yoldaşları, ailə üzvləri, rayon rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edirlər. Şəhidimiz doğulduğu Tovuz rayonunun Hunanlar kəndinin qəbiristanlığında dəfn olunacaq.
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.