Bakıda şirkətə basqın edildi
Bakıda şirkətə basqın olub. Hadisə paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən “HN-Construction” şirkətinə basqın edən 2 nəfər ofisin şüşələrini sındıraraq, əmlakı zədələyiblər. Nəticədə şirkətə 2 min manatdan çox ziyan dəyib. İlkin məlumata görə, hadisəni Aqşin və Əli adlı şəxslər törədiblər. Bu barədə polisə məlumat verilib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Oxunub: 127
Xəbəri paylaş
Paylaş: