Yol polisləri xanım sürücüləri belə təbrik etdi
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin (BŞDYPİ) əməkdaşları xanım sürücüləri və piyada xanımları təbrik edib. Onlar qadın sürücüləri 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik ediblər. BŞDYPİ-nin əməkdaşları xanım sürücülərin idarə etdiyi avtomobilləri saxlayıb sükan arxasında əyləşən zərif cinsin nümayəndələrinə gül dəstələri və hədiyyələr təqdim edib, onlara 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıblar. Bayram münasibətilə həmçinin, avtobusda olan qadın sərnişin və piyada xanımlara da yol polis əməkdaşları tərəfindən gül dəstələri təqdim edilib.
Oxunub: 126
Xəbəri paylaş
Paylaş: