Türk partiya liderindən Tramp haqqında sərt sözlər:
“Əxlaqsızlığı təsbit edilmiş bir insandır!”
Türkiyənin “Səadət” Partiyasının sədri qatıldığı televiziya proqramlarının birində ABŞ idarəçiliyi və prezident Donald Tramp haqqında sensasion hesab edilən ifadələr işlədib. Türkiyə KİV-ləri bildirir ki, partiya lideri Təməl Qaramolloğlu Amerika Birləşmiş Ştatlarının dövlət idarəçiliyində müxtəlif nəzarətedici qurumların olduğunu və NATO Parlamentlərarası Assambleyanın üsvü olduğu zaman bu mexanizmlərlə yaxından tanış olduğunu söyləyib. ABŞ-da dövlət başçılarının kimlər tərəfindən maliyələşdiyini hər kəsin bildiyini deyən Qaramollaoğlunun sözlərinə görə, prezident də onu dəstəkləyənlərin mövqelərini müdafiə edir: “Biz Amerikada çoxluğu təmsil edən bir demokratiya olduğunu düşünürük, amma realda bu o qədər də güclü deyil. Kimlərsə bu seçilmişlərə nəzarət edir və onları manipulyasiya edir”. Partiya sədri Tramp idarəçiliyində ədalətə və ləyaqətə yer verilmədiyini bildirməklə yanaşı, onun ölkəni bir “kavboy məntiqi” ilə idarə etdiyini söyləyib və haqqında daha sərt ifadə işlədib: “O, əxalqsızlığı təsbit edilmiş bir insandır”.