Dollar güclənir: manata necə təsir edəcək?
Federal Ehtiyatlar Sisteminin (FES) son açıqlamasından sonra dollar qlobal valyuta bazarlarda yenidən möhkəmlənib. Belə ki, FES uçot dərəcəsində gözləniləndən daha çox artımlara getmək niyyətindədir. Hətta dərəcənin 2023-cü ildə 6.0 faizədək yüksəldilməsi də istisna edilmir. Qeyd edək ki, bu ayın 21-22-də FES yenidən bir araya gələcək. FES-in yüksək dərəcə artımlarına getmək istəyi bu ilin ilk aylarında ABŞ-da iqtisadi göstəricilərin proqnozlaşdırılandan daha yaxşı olması ilə bağlıdır. Bunu millət vəkili Vüqar Bayramov qeyd edib. O bildirib ki, avro da ABŞ puluna nisbətən dəyər itirməkdədir: “Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır”. Millət vəkili FES-in qərarlarının manatın məzənnəsinə hansı təsirlərin ola biləcəyi məsələsinə də toxunub: “Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağıydısa, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dollar hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub. O bildirib ki, avro da ABŞ puluna nisbətən dəyər itirməkdədir: “Hazırda 1 avro almaq üçün 1 dollar 6 sentdən daha az ödəmək lazımdır. Bütövlükdə, qlobal valyuta bazarında volatillik müşahidə olunmaqdadır”. Millət vəkili FES-in qərarlarının manatın məzənnəsinə hansı təsirlərin ola biləcəyi məsələsinə də toxunub: “Dolların qlobal bazarlarda möhkəmlənməsi regional valyutalara ən azı psixoloji təsirsiz ötüşmür. Azərbaycan Mərkəzi Bankının ilin əvvəlində təşkil etdiyi hərraclarda dollara tələb aşağıydısa, artıq xarici valyuta alıcılarının sayı artmaqdadır. Mərkəzi Bank martın 7-də 44.8 milyon, martın 2-də 51.7 milyon, fevralın 28-də 42.7 milyon dollar hərraclarda satıb. Bütövlükdə, fevral ayında dollara tələbin yenidən yaranması müşahidə olunub.