Vilayət Eyvazov polis rəisini işdən çıxardı
Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov vəzifəsindən azad olunub. Globall.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Muradov daxili işlər orqanlarında xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Oxunub: 135
Xəbəri paylaş
Paylaş: