Usubovun qardaşı oğlu vəzifəsindən azad edildi
Yasamal Rayon Mühafizə İdarəsinin rəisi, polis polkovniki Hikmət Usubov vəzifəsindən azad edilib. Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb. Nazirin digər əmri ilə onun yerinə rotasiya qaydasında Sabunçu Mühafizə İdarəsinin rəisi, polis polkovniki Əşrəf Allahyarov təyin edilib. Hikmət Usubov isə sərəncama götürülüb. Qeyd edək ki, Hikmət Usubov hazırda Prezident yanında Təhlükəsizlik Şurasının katibi olan Ramil Usubovun qardaşı oğludur.
Oxunub: 198
Xəbəri paylaş
Paylaş: