Prezident bu hərbçiləri təltif etdi
Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunları hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Globall.az xəbər verir ki, sərəncamla xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının aşağıdakı hərbi qulluqçuları təltif ediliblər: “Vətən uğrunda” medalı ilə Məmmədov Elçin Əli oğlu – polkovnik Zahidov Aydın Tofiq oğlu – polkovnik “Hərbi xidmətlərə görə” medalı ilə Əliyev Əfqan Zaman oğlu – polkovnik Ağamaliyev Almas Bilal oğlu – polkovnik-leytenant Bağırov Zaur Hacı oğlu – polkovnik-leytenant Əliyev Elşad Vəli oğlu – polkovnik-leytenant İldırımov Səxavət Qəfər oğlu – polkovnik-leytenant Paşayev Azər Qafar oğlu – polkovnik-leytenant Qubatov Neymət Şərafəddin oğlu – mayor Mancanov Rasim Abdulkərim oğlu – mayor Yusubov Etibar Hacımurad oğlu – mayor Musazadə Turqay Məmməd oğlu – kapitan.