Avtobusdakı bu olaya görə cinayət işi açıldı - DİN
Avtobusda sərnişinlər arasında düşən dava ilə bağlı cinayət işi açılıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib. O bildirib ki, iki nəfərin dalaşmasını əks etdirən görüntülər tərəfimizdən araşdırılıb: “Hadisə Nizami rayonu ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü A.Talıblı barədə CM-nin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Toplanan materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib”. *** Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Görüntülərdə iki kişinin bir-biri ilə dava etməsi öz əksini tapıb. Mübahisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Bakıda avtobusların birində iki şəxs arasında mübahisə dava ilə nəticələnib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: