ABŞ generalı Azərbaycana gəldi
ABŞ-ın Avropa Komandanlığının planlaşdırma, strategiya və imkanlar üzrə direktor müavini, briqada generalı Edvard Voqan Azərbaycana gəlib. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib. Briqada generalı səfər çərçivəsində Azərbaycan Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti və Ərazilərin Minalardan Təmizlənməsi Agentliyinin rəsmiləri ilə görüşlər keçirəcək. E.Voqan ABŞ-Azərbaycan təhlükəsizlik tərəfdaşlığı və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Oxunub: 125
Xəbəri paylaş
Paylaş: