Bu şəxslərin maaşı artdı
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) əməkdaşlarının maaşları orta hesabla 15 % artırılıb. Bununla bağlı qurumun Müşahidə Şurasının qərarı əsasında, İdarə Heyətinin sədri Rauf Vəliyev əmr imzalayıb. Əmrə əsasən, əmək haqqı artımı aprelin 1-dən tətbiq olunacaq. Artım həm üzən, həm də sahil heyətinin məvaciblərinə şamil ediləcək. Xatırladaq ki, ötən il də fevral 1-dən qurumun əməkdaşlarının maaşları 15 % artırılmışdı.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: