İranda Səhra Təbiət Parkı hicaba görə bağlandı
İranın Yəzd əyalətində yerləşən Səhra Təbiət Parkının fəaliyyəti məcburi hicab qaydalarına riayət edilmədiyi üçün dayandırılıb. Bu barədə Yəzd əyalətinin Turizm Mərkəzinin başçısı Əhməd Axundi məlumat yayıb. O, turizm və əyləncə mərkəzlərini, otel və restoran yiyələrini təhdid edib. “İslam adətlərinə hörmət edilmədiyi və hicab qaydalarının gözlənilmədiyi yerlərin hamısı bağlanacaq”, - Axundi xəbərdarlıq edib.
Oxunub: 100
Xəbəri paylaş
Paylaş: