Paşinyan “oynayır”: müharibə artıq qaçılmazdır
Paşinyanın açıqlamaları İrəvanın iki niyyətini ortaya çıxarır: Birincisi, sülh müqaviləsində Ermənistanın mövcud ərazilərinə toxunulmasın: sentyabr döyüşlərində nəzarətə götürülən ərazilər qaytarılsın, SSRİ dövründə verilən ərazilər, o cümlədən, 90-cı illərdə işğal edilən kəndlər (Kərki və Qazaxın 7 kəndi) onlarda qalsın; İkincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanısa da, Qarabağda “ermənilərin hüquq və təhlükəsizliyinin qorunması” adı ilə “erməni anklavı” yaradılsın və buna beynəlxalq təminat verilsin; Ermənistan açıq şəkildə oynayır və belə görünür ki, sülh üçün müharibə yenidən qaçılmaz varianta çevrilir.
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: