Mirzoyan Bayramovla görüşə buna görə gəlməyib -
GÜLÜNC SƏBƏB
Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın dekabrda Moskvaya Rusiya və Azərbaycan XİN rəhbərləri ilə görüşə getməməsinin səbəbi bəlli olub. Globall.az xəbər verir ki, bu məlumatı “Civilnet” saytı yayıb. Məlumata görə, dekabrın 23-ü planlaşdırılan görüşə getmək yerinə Mirzoyan Ermənistanın Kotayk vilayətində aldığı yeni iqamətgahı üçün ipoteka müqaviləsi imzalayıb. Qeyd edək ki, Paşinyanın dünənki mətbuat konfransından Mirzoyanın Moskvadakı üçtərəfli görüşə getməməsini belə izah edib: “Bu görüşün baş tutmaması, onun boykot edilməsi ilə yox, həqiqətən, dərin böhranla əlaqədardır. Bu situasiyada xarici işlər nazirinin yeni vəziyyətin idarə edilməsi üçün İrəvanda olması vacib idi”.
Oxunub: 152
Xəbəri paylaş
Paylaş: