Roza Zərgərliyə yüksək vəzifə verildi
Azərbaycanın tanınmış müğənnisi Roza Zərgərliyə yeni vəzifə verilib. Globall.az Manset.az-a istinadən xəbər verir ki, Roza Zərgər qızı Allahverdiyeva “Kanal S” televiziyasının Baş prodüseri təyin olunub. Qeyd edək ki, “Kanal-S” 2008-ci ildə Şəki şəhərində yayıma başlayan televiziya kanalı idi.Televiya kanalı 2022-ci ildən ümumrespublika yayımına başlayıb. Xatırladaq ki, 19 sentyabr 2016-cı il tarixindən etibarən "Kanal-S" olan telekanalın adı dəyişdirilərək "ARB Şəki" olub. 8 yanvar 2022-ci il tarixindən etibarən "ARB Şəki" adı dəyişdirilərək yenidən televiziya "Kanal-S" adlandırılıb.
Oxunub: 160
Xəbəri paylaş
Paylaş: