Türkiyə millisi İrəvanda Ermənistana qalib gəldi
- VİDEO
AVRO-2024-ün seçmə mərhələsində I tur davam edir. Oxu.Az xəbər verir ki, D qrupunda yer alan Türkiyə millisi səfərdə Ermənistanla qarşılaşıb. İrəvanda keçirilən görüş “ay-ulduzlular”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matç Türkiyə yığması üçün yaxşı başlamayıb. Ozan Kabak 10-cu dəqiqədə avtoqolla yığmanın hesabda geri düşməsinə səbəb olub. Lakin Türkiyə millisi fasiləyə qədər hesabda tarazlığı bərpa etməyi bacarıb. Orkun Kökçü 35-ci dəqiqədə gözəl qolla hesabı bərabərləşdirib. 64-cü dəqiqədə isə Keram Aktürkoğlu Türkiyə millisinə qələbə qazandıran qolu vurub. https://baku.tv/dunyaa/turkiye-millisi-irevanda-ermenistana-qalib-geldi
Oxunub: 237
Xəbəri paylaş
Paylaş: