Ukrayna Prezident Ofisi: "Putin uduzduğunu və qorxduğunu etiraf edir”
“Rusiya Prezidenti Vladimir Putin uduzduğunu və qorxduğunu etiraf edir”. “Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb. O bildirib ki, rəsmi Moskva proqnozlaşdırıla bilən siyasət həyata keçirir. M.Podolyak hesab edir ki, Rusiya lideri Belarusda taktiki nüvə silahının yerləşdirilməsini elan etməklə həm də cinayət törətdiyini boynuna alır: “O, nüvə silahının yayılmaması ilə bağlı müqaviləni pozur”. Xatırladaq ki, V.Putin “Rossiya-24” telekanalına müsahibəsində Belarusda taktiki nüvə silahının yerləşdiriləcəyini açıqlayıb. ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu Rusiya Prezidentinin bu qərarını blef hesab edir.
Oxunub: 81
Xəbəri paylaş
Paylaş: