Bolqarıstan Ukraynaya 2,5 mlrd avro dəyərində silah tədarük edib
Bolqarıstan 164 gün ərzində Kiyevə 5 milyard lev (təxminən 2,5 milyard avro) dəyərində silah təhvil verib. “Report” xəbər verir ki, bunu Bolqarıstanın keçmiş Baş naziri Kiril Petkov BTV-yə açıqlayıb. “Avropalı tərəfdaşlarla birlikdə Ukrayna ilə həmrəy olmağımız və onlarla birlikdə işləməyimiz çox vacibdir”, - o vurğulayıb.
Oxunub: 92
Xəbəri paylaş
Paylaş: