AVRO-2024: Portuqaliyadan darmadağın, İtaliya ilk qələbəsini qazanıb
AVRO-2024-ün seçmə mərhələsində II turun daha 4 oyunu keçirilib. “Report”un məlumatına görə, C qrupunda İtaliya səfərdə Maltanı 2:0 hesabı ilə məğlub edib. H qrupunda Şimali İrlandiya evdə Finlandiya ilə bacarmayıb - 0:1. J qrupunda isə Portuqaliya səfərdə Lüksemburqu darmadağın edib, Slovakiya doğma meydanda Bosniya və Herseqovinaya qalib gəlib. AVRO-2024, seçmə mərhələ II tur 26 mart C qrupu 22:45. Malta - İtaliya - 0:2 Qollar: Mateo Retegi, 15. Matteo Pessina, 27 Xal durumu: İngiltərə - 6 (2 oyuna), İtaliya - 3 (2 oyuna), Şimali Makedoniya - 3, Ukrayna - 0, Malta - 0 (2 oyuna) H qrupu 22:45. Şimali İrlandiya - Finlandiya - 0:1 Qol: Benyamin Kölman, 28 Xal durumu: Sloveniya - 3, Danimarka - 3, Qazaxıstan - 3, Finlandiya - 3, Şimali İrlandiya - 3, San Marino - 0 J qrupu 22:45. Slovakiya - Bosniya və Herseqovina - 2:0 Qollar: Robert Mak, 13. Lukaş Haraslin, 40 22:45. Lüksemburq - Portuqaliya - 0:6 Qollar: Kriştianu Ronaldu, 9; 31. Joau Feliks, 15. Bernardu Silva, 18. Otavio, 77. Rafael Leau, 89 İstifadə edilməyən penalti: Rafael Leau, 85 (Portuqaliya) Xal durumu: Portuqaliya - 6, Slovakiya - 4, Bosniya və Herseqovina - 3, İslandiya - 3, Lüksemburq - 1, Lixtenşteyn - 0. 22:11 AVRO-2024-ün seçmə mərhələsində II tura start verilib. Məlumata görə, 3 qrupda bu günə nəzərdə tutulan 8 qarşılaşmadan 4-ü artıq başa çatıb. C qrupunda İngiltərə millisi evdə Ukraynaya qalib gəlib. H qrupunda Sloveniya San Marinonu məğlub edib. J qrupunda isə İslandiya səfərdə Lixtenşteynin qapısından 7 cavabsız top keçirib. AVRO-2024, seçmə mərhələ II tur 26 mart C qrupu 20:00. İngiltərə - Ukrayna - 2:0 Qollar: Harri Keyn, 37. Bukayo Saka, 40 22:45. Malta - İtaliya Xal durumu: İngiltərə - 6 (2 oyuna), Şimali Makedoniya - 3, Malta - 0, İtaliya - 0, Ukrayna - 0 H qrupu 17:00. Qazaxıstan - Danimarka - 3:2 Qollar: Baxtiyor Zaynutdinov, 73. Asxat Taqıbergen, 86. Abat Aymbetov, 89 - Rasmus Hoylund, 21; 35 Qırmızı vərəqə: Abat Aymbetov, 90+6 (Qazaxıstan) 20:00. Sloveniya - San Marino - 2:0 Qollar: Benyamin Şeşko, 56. Roberto Di Mayo, 60 (avtoqol) 22:45. Şimali İrlandiya - Finlandiya Xal durumu: Sloveniya - 3 (2 oyuna), Qazaxıstan - 3 (2 oyuna), Şimali İrlandiya - 3, Danimarka - 3 (2 oyuna), Finlandiya - 0, San Marino - 0 (2 oyuna) J qrupu 20:00. Lixtenşteyn - İslandiya - 0:7 Qollar: David Oulavsson, 3. Arnar Haraldsson, 38. Aron Qunnarsson, 48; 68; 73 (penalti). Andri Qudyonsen, 85. Mikael Ellertsson, 87 22:45. Slovakiya - Bosniya və Herseqovina 22:45. Lüksemburq - Portuqaliya Xal durumu: Bosniya və Herseqovina - 3, Portuqaliya - 3, İslandiya - 3 (2 oyuna), Slovakiya - 1, Lüksemburq - 1, Lixtenşteyn - 0 (2 oyuna). Qeyd edək ki, gecənin digər 4 oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Futbol üzrə Avropapa çempionatının seçmə mərhələsinin ikinci turu üzrə görüşlərə start verilib. Oxu.Az xəbər verir ki, günün ilk qarşılaşmasında sensasiya qeydə alınıb. Belə ki, Danimarka millisi səfərdə Qazaxıstana uduzub. İkinci hissəyə iki top geridə başlayan qazaxlar əzmkarlıq nümayiş etdirərək oyunda dönüş yarad biliblər. 73-cü dəqiqədə B.Zaynutdinov penalti zərbəsindən fərqi azaldıb. 86-cı dəqiqədə A.Tagybergen hesaba tarazlıq gətirib. Üç dəqiqə sonra A.Aymbetov meydan sahiblərinə qələbə gətirən qola imza atıb. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş 6-cı dəqiqədə meydan sahibləri azlıqda qalıblar. Üçüncü qolun sahibi qırmızı vərəqə alaraq meydanı tərk edib.
Görüş qonaqlar üçün yaxşı başlayıb. R.Hojlund 21 və 36-cı dəqiqələrdə fərqlənib.