İtaliyada Benksinin miqrant xilasetmə gəmisi saxlanılıb
İtaliyanın Lampeduza adasının limanında miqrantları xilas edən və küçə rəssamı Benksi tərəfindən maliyyələşdirilən “Luiza Mişel” adlı gəmi saxlanılıb. Məlumata görə, gəmi heyəti qeyri-hökumət təşkilatları tərəfindən miqrantlara yardımın yenilənmiş qaydalarını pozub. Lakin ekipaj üzvlərinə həbslə bağlı rəsmi yazılı əsaslandırma təqdim olunmayıb. Qeyd edək ki, son 4 gün ərzində İtaliyaya dəniz yolu ilə dörd mindən çox qeyri-qanuni miqrant gəlib. Mənbə: gazeta.ru
Oxunub: 90
Xəbəri paylaş
Paylaş: