Rusiya TŞ-nın katibi: “NATO Rusiyanı parçalamaq istəyir və bu niyyətini gizlətmir”
“NATO Rusiyanı parçalamaq istəyir və bu niyyətini gizlətmir”. “Report” TASS-a istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib. O bildirib ki, NATO ölkələri Ukraynada hərbi düşərgə salıb: “NATO ölkələri peyk və dronlardan istifadə edərək Kiyevi kəşfiyyat məlumatları ilə təmin edir”. N.Patruşevin sözlərinə görə, Alyans ölkələri Ukraynadakı münaqişənin tərəfidir: “Vaşinqton başqa ölkələrin suverenliyini tapdalayır. ABŞ dünyanın əsas diktatorudur”.
Oxunub: 89
Xəbəri paylaş
Paylaş: