Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq istəyir
Almaniya Ukraynaya hərbi yardımı 5 dəfə artırmaq və onu 15 milyard avroya çatdırmaq istəyir. Bu barədə “Report” “Der Spiegel”ə istinadən xəbər verir. “Ukraynaya silahlı yardım xeyli genişlənir”, - məqalədə deyilir. Qeyd olunur ki, Almaniya növbəti illərdə Ukraynaya hərbi yardımı dəfələrlə artırmaq istəyir. "Berlin yardımı 3 milyard avrodan 15 milyard avroya qədər artırmaq istəyir", - “Der Şpiegel” əlavə edib. Qeyd edək ki, Almaniya hərbi yardım çərçivəsində Ukraynaya 18 ədəd “Leopard 2” tankı tədarük edib.
Oxunub: 34
Paylaş: