Ukrayna Prezidenti ikinci Demokratiya Sammitində iştirak edəcək
Ukrayna Prezidenti Volodimir Zelenski ikinci Demokratiya Sammitində iştirak edəcək. “Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə V.Zelenski videomüraciətində bildirib. "Biz ABŞ-ın təşəbbüsü ilə bu həftə baş tutacaq mühüm beynəlxalq tədbirə hazırlaşırıq. Demokratiya Sammitində Ukrayna da iştirak edəcək”, - Zelenski deyib. Qeyd edək ki, martın 29 və 30-da ABŞ demokratiyanın dünyada üzləşdiyi çətinlikləri və avtokratik rejimlərə müqavimət yollarını müzakirə etmək üçün ikinci Demokratiya Sammitini təşkil edəcək. İkinci sammitə yeni iştirakçılar - Kosta-Rika, Niderland, Cənubi Koreya və Zambiyanın nümayəndələri qatılacaq. Ümumilikdə toplantıda 20-yə yaxın ölkənin iştirakı gözlənilir.
Oxunub: 56
Xəbəri paylaş
Paylaş: