Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsrail və Fələstinə rəsmi səfərə gedib. Bu barədə "Report"a Xarici İşlər Nazirliyindən məlumat verilib. C.Bayramov martın 29-30-da hər iki ölkənin yüksək səviyyəli nümayəndələri ilə görüşəcək. Bundan başqa, nazir Azərbaycanın İsraildəki səfirliyinin açılış mərasimində iştirak edəcək.
Oxunub: 41
Paylaş: