"Real Madrid" Arda üçün hərəkətə keçdi - Perez şəxsən istəyir
"Real Madrid" "Fənərbağça"nın ulduzu Arda Güləri transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb. Bildirilir ki, “Real Madrid” prezidenti Florentino Perez Arda Gülərin oyununu yaxından təqib edir. Məlumata görə, Florentino Perez “Real Madrid”dəki heyətin qocaldığını düşünür və kluba yeni gənc futbolçular cəlb etmək istəyir. “El Nacional”ın xəbərinə görə, türkiyəli futbolçunun cəmi 18 yaşı var və gələcəyin ulduz namizədləri sırasındadır. Məlumata görə, transfer “Real Madrid” üçün asan olmayacaq. Çünki “Barselona”, “Atletiko Madrid”, “Sevilla” və “Arsenal” gənc ulduzu yaxından izləyir. Qeyd edək ki, indiyədək göstərdiyi performansa görə Ardaya "Türk Messi" ləqəbini veriblər.
Oxunub: 41
Paylaş: