ABŞ 2022-ci ildə 12 hipersəs silah sınağı keçirib
ABŞ 2022-ci ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirib. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Konqresin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib. “Son bir ildə hipersəs silahlarının 12 uğurlu sınağını keçirmişik və bu istiqamətdə fəaliyyəti davam etdirəcəyik”, - o deyib.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş: