Ekvadorda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 14-ə çatıb
Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 14 nəfər ölüb. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin fövqəladə hallar idarəsi məlumat yayıb. Daha əvvəl 8 nəfərin öldüyü, 71 nəfərin itkin düşdüyü bildirilirdi. Məlumata görə, təbii fəlakət nəticəsində 14 nəfər ölüb, 33 nəfər yaralanıb, 67 nəfər itkin düşüb. Ərazidə axtarış-xilasetmə əməliyyatı davam edir.
Oxunub: 94
Xəbəri paylaş
Paylaş: