Daha 131 soydaşımız Rusiyadan vətənə qayıtdı
“Bu gün daha 131 azərbaycanlının Rusiyadan vətənə qayıtması təmin olunub”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Rusiya Azərbaycanlıları İttifaqının vitse-prezidenti Elnur Hüseynov bildirib.
“Hazırda həmin şəxslər Rusiya-Azərbaycan sərhədini keçib. İlk növbədə qadınlar, uşaqlar və yaşlılar sərhəddən buraxılır. May ayının 26-sına ilkin olaraq 104 nəfər sərhəddi keçməli idi. Buna baxmayaraq, Azərbaycana keçənlərin sayını artırmaq mümkün oldu. Sərhədi keçmək istəyənlər çoxdur.
Amma yaranmış vəziyyəti nəzərə almaq, çətinliklərə anlayışla yanaşmaq lazımdır”, - deyə Elnur Hüseynov bildirib.
O, nəzərə çatdırıb ki, hazırda Rusiyadan Azərbaycana keçmək isəyən 600-dən çox adam var.
Oxunub: 391
Xəbəri paylaş
Paylaş: