İsrailin Nyu-Yorkdakı baş konsulu vəzifəsindən azad edilib
İsrailin xarici işlər naziri Eli Kohen bir müddət əvvəl İsraildə məhkəmə islahatlarına etiraz olaraq istefa vermək niyyətində olduğunu bildirən bu ölkənin Nyu-Yorkdakı baş konsulu Asaf Zamiri vəzifəsindən azad etdiyini açıqlayıb. Bu barədə “Report” TASS-a istinadən xəbər verir. “O, tviterdə istefa verdiyini açıqlasa da, qeyri-müəyyən müddətə bu vəzifədə qalmaq istəyirdi. Mən onu dərhal işdən çıxarmaq qərarına gəldim”, - E.Kohen tviterdə yazıb. Nazir qeyd edib ki, siyasi tərəflərdən birini seçən diplomat İsrail dövlətini təmsil edə bilməz.
Oxunub: 90
Xəbəri paylaş
Paylaş: