Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var
Ələt-Astara avtomobil yolunda qəza olub, xəsarət alanlar var. "Report"un Muğan bürosunun məlumatına görə, hadisə yolun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, "Nissan" markalı minik avtomobilinin maneəyə çırpılması nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya aparılıb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 85
Xəbəri paylaş
Paylaş: