Energetika naziri Şamaxıda vətəndaşları qəbul edəcək

Aprelin 14-də energetika naziri Pərviz Şahbazov Şamaxı, Ağsu, İsmayıllı və Qobustan rayonlarından olan vətəndaşları qəbul edəcək.
“Report”un Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, qəbul saat 11:00-dan etibarən Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının inzibati binasında (ünvan: Şamaxı şəhəri, Şəhriyar küçəsi 18/a) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Energetika Nazirliyinin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev),
elektron poçt ünvanı, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Kürdəmir filialı (əlaqələndirici şəxs Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt ünvanı: ) vasitəsilə müraciət edə bilərlər.Vətəndaşlar Nazirliyin
internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbula yazıla bilərlər.Oxunub: 116
Xəbəri paylaş
Paylaş:




















