Salome Zurabişvili:
"Seçkilər təxirə salınmayacaq"
Gürcüstanda fövqəladə rejim elan olunmasına baxmayaraq demokratiya prinsipləri heç bir mərhələdə pozulmayıb.
Gürcüstan mətbuatı xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Vaziani hərbi bazasında Müstəqillik Gününə həsr olunmuş tədbirdə çıxış edərkən açıqlayıb.
Onun sözlərinə görə, fövqəladə vəziyyət vaxtında ləğv edilib:
"Parlament seçkilərin keçirilməsi və konstitusiya dəyişikliklərinin qəbul edilməsi təxirə salınmayacaq".
Oxunub: 417
Xəbəri paylaş
Paylaş: