Azərbaycanlı Almaniyada bələdiyyə sədri seçilə bilər
Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.
24News.ge xəbər verir ki, sözügedən namizəd Müşəxxəs Sultanovdur.
Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb.
M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı 5 şəhərdən birinin başçısı olacaq.
M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.

Oxunub: 426
Xəbəri paylaş
Paylaş: