Bəzi OPEC+ ölkələri may ayından neft hasilatını azaldacaq
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla bir sıra OPEK ölkələri könüllü olaraq 2023-cü ilin mayından neft hasilatını azaltmaqla bağlı qərar qəbul edib.
“Report”un məlumatına görə, İraqın Neft Nazirliyi (-211 min barel), Küveytin neft naziri Bader əl-Mulla (-128 min barel), Omanın Energetika Nazirliyi (-40 min barel/gün) ) və Əlcəzairin Energetika Nazirliyi də (-48 min barel/gün) neft hasilatını azaldacaqlarını bəyan ediblər.
Səudiyyə Ərəbistanının Energetika Nazirliyi qeyd edib ki, hasilatın könüllü şəkildə azaldılması qərarı bir sıra OPEC+ ölkələri ilə razılaşdırılaraq qəbul edilib:
“Bu, neft bazarında sabitliyin qorunmasına yönəlmiş qabaqlayıcı tədbirdir”
Oxunub: 84
Xəbəri paylaş
Paylaş: