Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafadandır
Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.
"Report"un Qərb bürosunun məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.
Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.
Oxunub: 121
Xəbəri paylaş
Paylaş: