Hesablama Palatası ötən il strateji planı üzrə icra vəziyyətini açıqlayıb
Hesablama Palatasının nəticə əsaslı büdcəyə əsaslanan strateji planı çərçivəsində 2022-ci il üçün əməliyyat planında 214 tədbir müəyyən edilmişdi.
“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirib.
Onun sözlərinə görə, əməliyyat planında nəzərdə tutulmuş tədbirlərin 74,8 %-i tam, 13,1 %-i qismən icra edilib, 12,1 %-i isə icra olunmayıb.
"Ümumilikdə icra 81,3 % təşkil edib. Strateji plan üzrə büdcə 7,7 milyon manat icra edilib ki, bu da proqnozun 79,1 %-ni təşkil edib", - deyə o qeyd edib.
Oxunub: 173
Xəbəri paylaş
Paylaş: