Rəsmi Bakı ATƏT-in yenidən unikal dialoq platformasına çevriləcəyinə ümid edir

“Ümid edirik ki, Şimali Makedoniyanın sədrliyi ATƏT-i unikal dialoq platforması kimi yenidən canlandıracaq”.
“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, Azərbaycan təşkilatın təməl prinsiplərinə sadiqlik nümayiş etdirərək bu istiqamətdə Şimali Makedoniyaya əlindən gələn köməyi göstərəcək.
Oxunub: 113
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 
 
	 
	 
	





















 
							 
							 
							 
							