Naxçıvanda avtomobil sürücülərinin 2 500-dən çoxunu qadınlar təşkil edir
Naxçıvanda avtomobil sürücülərinin 2 500-dən çoxunu qadınlar təşkil edir.
Naxçıvan DİN DYPİ-nin Təbliğat üzrə baş inspektoru, polis kapitanı Ayaz İsmayılov “Report”un yerli bürosuna bildirib ki, son illər muxtar respublikada xanım sürücülərin sayında kəsin şəkildə artım qeydə alınmaqdadır.
Hazırda Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin də müdavimləri sırasında sürücülük peşəsinə yiyələnmək istəyən qadınlar çoxluq təşkil edir.
Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbinin əməkdaşı Sərxan Babayev “Report”un yerli bürosuna bildirib ki, məktəbimizə qadın sürücülərin müraciətlərinin sayı artır. 2022-ci ildə məktəbdə 577 nəfər qadın müdavim kursa cəlb olunub ki, bunlardan 571-i kursu uğurla bitiriblər. 2023-cü ildə isə 111 nəfər müdavim kursa cəlb olunub ki, bunlardan 89 nəfəri kursu uğurla bitirib.