Maliyyə nazirləri: “G7” ölkələri Rusiyaya qarşı sanksiyaları davam etdirəcək
“G7” ölkələrinin maliyyə nazirləri, eləcə də onların mərkəzi banklarının rəhbərləri birgə bəyanatda qeyd ediblər ki, qrupa daxil olan dövlətlər Rusiyaya qarşı sanksiyaları davam etdirəcək və onların yan keçməsinə imkan verməyəcəklər.
Bu barədə “Report” ABŞ Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Bəyanata görə, G7 dövlətləri hərbi əməliyyatla əlaqədar Rusiyaya qarşı məhdudiyyətlərin və digər iqtisadi tədbirlərin tətbiqinə qəti öhdəliklərini təsdiqləyiblər.
“Biz sanksiyalardan, digər iqtisadi tədbirlərdən yayınmanın və onların qarşısını almaq, onlara cavab vermək üçün kollektiv və milli olaraq müxtəlif yerlərdə intensiv işləyirik”.
Oxunub: 343
Xəbəri paylaş
Paylaş: