Denis Şmıqal: “Beynəlxalq tərəfdaşlar Ukraynaya 115 milyard dollar vəsait ayıracaq”
“Beynəlxalq tərəfdaşlar bərpa işlərinin aparılması üçün Ukraynaya 115 milyard ABŞ dolları verəcək”.
“Report” TASS-a istinadən bildirir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal bildirib.
"Bu, təkcə maliyyə sabitliyimizi təmin etməyəcək, həm də müttəfiqlərimizin Ukraynaya lazım olduğu müddətdə dəstək verəcəyinə dair aydın siqnal olacaq", - o teleqram kanalında yazıb.
Hökumət rəhbərinin sözlərinə görə, bu il sürətli bərpa layihələri üçün 14 milyard ABŞ dollarına ehtiyac var: "Biz lazımi vəsaiti bu yay cəlb etmək üçün tərəfdaşlarla danışıqlar aparırıq".
D.Şmıqal həmçinin ABŞ-a, Avropa İttifaqına (Aİ), Dünya Bankına (DB), Beynəlxalq Valyuta Fonduna (IMF), "Böyük yeddilik" (G7) ölkələrinə və bərpa işlərinə başlamağa kömək edən bütün beynəlxalq tərəfdaşlara minnətdarlığını bildirib.