Qaralovun həbsi tələb olunur-
Məhkəmə vəsatəti qəbul edib
Prokurorluq orqanlarının keçmiş əməkdaşı Tofiq Ağacanov sabiq baş prokuror Zakir Qaralovun həbsini tələb edir.
Tofiq Ağacanov bununla bağlı Bakı İnzibati Məhkəməsində sabiq baş prokurora qarşı iddiası üzrə məhkəmə prosesində vəsatət verib.
Məhkəmə isə bu vəsatəti qəbul edib.
Məlumatı gununsesi.org-a təsdiqləyən Tofiq Ağacanov bildirib ki, Zakir Qaralovun barəsində cinayət işi başlanmasından ötrü xüsusi qərardad qəbul edilməsinə dair tərəfindən vəsatət verilib: “Hakim vəsatəti qəbul etdi və bildirdi ki, fikrini 16 iyun 2020-ci il tarixdə bildirəcək. Mən Prezidentə də bu barədə açıq müraciət gödərmişəm”.
Keçmiş prokurorluq işçisi deyib ki, Zakir Qaralovun həbs olunması üçün ciddi əsaslar var: “Onlarla fakt var. Bu faktlardan birinin araşdırılması kifayət edir ki, Zakir Qaralov barəsində cinayət işi başlansın. Mənim və bir neçə nəfərin rəsmi şikayəti var. Sərəncamda olduğumuz halda əmək haqlarımız verilməyib. Söhbət yüzlərlə belə prokurorluq işçisinin maaşlarından gedir.
Ortada mənimsəmə cinayəti var”.