"SOCAR Upstream Management International”ın direktoru dəyişib
Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi – “SOCAR Upstream Management International" MMC-nin direktoru Şaiq Bəkirov yaşının çox olması ilə əlaqədar vəzifəsini tərk edib.
“Report” xəbər verir ki, şirkətə rəhbərlik Emin Babayevə həvalə olunub.
O, bundan əvvəl "Karabakh Operating Company" şirkətində icraçı direktor işləyib.
Xatırladaq ki, “SOCAR Upstream Management International” 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 678 150 manatdır.
Oxunub: 101
Xəbəri paylaş
Paylaş: