"Maştağa Olimpiya İdman Kompleksi" kommersiya qurumuna çevrilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Maştağa Olimpiya İdman Kompleksi" MMC-ni dövlət qeydiyyatına alıb.
“Report” Nazirliyə istinadən xəbər verir ki, yeni şirkətin hüquqi ünvanı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat- Maştağa yolu, 5, nizamnamə kapitalı 2 270 438 manat, qanuni təmsilçisi isə Ərşad Cahid oğlu Nəsibovdur.
Xatırladaq ki, Maştağa Olimpiya İdman Kompleksi 2001-ci il dekabrın 29-da istifadəyə verilib. Burada cüdo, kikboksinq və karate bölmələri fəaliyyət göstərir.
Oxunub: 112
Xəbəri paylaş
Paylaş: