Bayden ikinci müddətə prezidentliyə namizəd olmaq qərarını tezliklə açıqlayacaq
ABŞ lideri Cozef Bayden bildirib ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirakla bağlı qərarını artıq verib və bunu tezliklə elan edəcək.
Bu barədə “Report” “TASS”a istinadən xəbər verir.
“Mən artıq bu hesablamaları aparmışam. Biz bunu nisbətən yaxın vaxtlarda açıqlayacağıq. Sizə dedim ki, planım yenidən namizəd olmaqdır” - deyə, o bildirib.
Oxunub: 150
Xəbəri paylaş
Paylaş: