Azərbaycan taekvondo millisinin mundial üçün heyəti Klublararası Avropa Çempionatından sonra açıqlanacaq
Bakıda təşkil ediləcək taekvondo üzrə dünya çempionatında iştirak edəcək Azərbaycan millisinin heyəti Klublararası Avropa Çempionatından sonra müəyyənləşəcək.
“Report” xəbər verir ki, bu barədə mundiala hazırlıqla bağlı baş tutan mətbuat konfransında Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov məlumat verib.
O bildirib ki, 27-30 aprel tarixləri aralığında Bolqarıstanın paytaxtı Sofiyada Klublararası Avropa Çempionatı olacaq: “Həmin yarışdan sonra Azərbaycan yığmasının mundialda iştirak edəcək heyəti bəlli olacaq. Dünya çempionatı ərəfəsində millinin məşqçiləri bununla bağlı açıqlama verəcəklər”.
Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək Bakı Kristal Zalında keçiriləcək.
Oxunub: 220
Xəbəri paylaş
Paylaş: