Azərbaycan gimnastları “AGF Trophy”də gümüş medal qazanıblar
Azərbaycanın bədii gimnastları Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirinin ilk medalçıları sırasında olublar.
“Report”un məlumatına görə, gənclərdən ibarət millinin üzvləri Şəms Ağahüseynova və Nuray Əhmədzadə komanda hesabında gümüş medala layiq görülüblər.
Qeyd edək ki, 14 ölkədən 119 gimnastın iştirak etdiyi turnir aprelin 16-da başa çatacaq.
Oxunub: 136
Xəbəri paylaş
Paylaş: