Paşinyanın babasının satqın olmasının sübutu... -
"İnforuss"dan məqalə
Rusiyanın “İnforuss” saytı Ermənistanın Baş naziri Nikol Paşinyanın babasının faşist legionunda döyüşməsi ilə bağlı məqalə dərc edib.
Globall.az axar.az-a istinadən həmin məqaləni təqdim edir:
Bundan başqa, Rusiya XİN başçısı ilə görüşdə Paşinyan SS erməni legiounun rəhbəri və Qırmızı Ordu əsgərlərinin qatili Qaregin Njdeni marşal Baqramyanla müqayisə edib, Hitler və Ribbentropla görüşdüyü üçün isə Stalinin xarici işlər üzrə xalq komissarı Molotovu pisləyib.
Xatırlayaq ki, Paşinyanın babasının xidmət etdiyi Qaregin Ter-Arutyunyan (Njde) erməni terrorçularının rəhbəri və faşist siyasi lideridir. 1940-cı ildə o, gizli şəkildə Reyx Təhlükəsizliyinin Baş İdarəsinin 6-cı idarəsinin siyasi kəşfiyyat xətti ilə əməkdaşlıq etməyə başlayıb.
MKİ-nin yeni açılan sənədlərindən məlum olur ki, Erməni Milli Şurası Almaniyanın şərq əraziləri üzrə naziri Alfred Rozenberqə Ermənistan SSR ərazisində alman koloniyası və protektoratlığının yaradılmasını təklif edib.
Paşinyan Stalinin oğul atasına, daha dəqiq desək, nəvə babasına görə cavabdehlik daşımır - formulunun əksini isbat etmək üçün hər şeyi etdi: Çürük alma çürük ağacdan çox uzağa düşməz.