Ermənistanda Rusiyanın iki hərbçisi qəzaya düşüb
Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının iki hərbçisi Gorus yaxınlığında qəzaya düşüb.
“Report”un xəbərinə görə, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Hadisə aprelin 16-da günorta saatlarında baş verib. “VAZ-2107” markalı iki avtomobilin toqquşması nəticəsində rusiyalı hərbçilər xəsarət alıb. Onlardan biri - 46 yaşlı Sergey S. Gorus Tibb Mərkəzinə yerləşdirilib.
Oxunub: 147
Xəbəri paylaş
Paylaş: